Yenilənmiş versiya (4.0.1.1186 (00404)) istifadəyə verildi
  • Mal adı daxil ediləkən bütün xanaların seçilən hər hansı bir mal məlumatlarında avtomatik doldurulması funksionallığı əlavə edildi.
  • Mal adları siyahısında hər bir malın bütün obyeklər üzrə miqdarını görə bilmək üçün "Obyektlər üzrə miqdarlar" funksiyası əlavə edildi.
  • Mal adının eynisinin əlavə edilməsi zamanı yaranmış problem aradan qaldırıldı.
  • Malların satış üzrə hesabatına təchizatçı barədə məlumat sütünları əlavə edildi.
  • Kiril əlifbası ilə qeyd edilmiş mal və şəxs adlarını kütləvi şəkildə latın əlifbasına konvertasiya edilməsi üçün funksionallıq əlavə edildi.

Yenilənmiş versiya (4.0.1.1182 (00400)) istifadəyə verildi
  • Anbar sayımına "Sayım edilməmiş malları əlavə et" və "Seçilən sayımda nəzərə alınmayan malları əlavə et" funksionallığı əlavə edilmişdir.
  • Obyektdən obyektə köçürmə zamanı alış, satış qiymətlərinində digər obyektə tətbiq edilməsi əlavə edilmişdir.
  • Hər əməliyyat təsdiq edildikdə "Yeni əməliyyat açılsınmı?" sorğusu obyektin paramteri kimi aktiv və passiv edilməsi imkanı əlavə edilmişdir.
  • Mal adları və mal seçimi siyahısında "Elastik axtarış" imkanı əlavə edilmişdir.
  • Jurnalda "Yeni nəsil kassa aparatına uğurla göndərilən" və "göndərilməyən" əməliyyatları filter etmək imkanı əlavə edilmişdir.
  • Səxsin tarixçəsində hər bir əməliyyatın məbləği ilə yanaşı ödənilən məbləğ xanasıda əlavə edilmişdir.
  • Əməliyyat (qaimə) məlumatlarını Vergilər Nazirliyinin sistemlərinə rahat ötürə bilmək üçün tələb edilən fayl hazırlamaq funksionallığı əlavə edilmişdir.

Yenilənmiş versiya (4.0.1.1175 (00396)) istifadəyə verildi
  • Seçilən şəxsin əməliyyat tarixçəsinə əməliyyatın məbləği sütunu əlavə edildi.
  • Hər bir istifadəçinin jurnalda axtarış tarixlərinin aralığının müddəti yadda saxlanıldı və növbəti jurnal üzrə axtarışda avtomatik nəzərə alındı.
  • Jurnalda hər bir istifadəçinin seçimi üzrə tamalanan və tamamlanmayan əməliyyatların bir siyahıda dərc edilməsi imkanı əlavə edildi.
  • Malların seçilən əməliyyat üzrə hesabatına hər bir mal üzrə qeyd sütünü əlavə edildi.
  • Seçilən şəxsin əməliyyat tarxiçəsində malın alış və satış qiymətləri sütünü əlavə edildi.
  • İşçilərin satış üzrə hesabatında ortaya çıxan problem aradan qaldırıldı.
  • Sayım əməliyyatı zamanı mal miqdarının redaktəsinin cədvəl üzərində həyata keçirilməsi imkanı əlavə edildi.

Yenilənmiş versiya (4.0.1.1173 (00393)) istifadəyə verildi

  • Hər bir mal üzrə minimum və maksimum satış qiymətlərinin təyin edilməsi funksionallığı əlavə edildi.
  • Eyni mal kodunun təkrar istifadə edilə bilməməsi üçün nəzarət mexanizmi (istifadəçi seçimindən aslı olaraq) əlavə edildi.
  • Əvvəlki versiyalarda qaimə üçün bir satıcı (satıcılara bonus hesablanması üçün) seçilə bilərdi, yeni versiyada qaimənin daxilindəki hər bir mala fərqli satıcılar seçilə bilər.
  • Əməlliyyatlar redaktə edilib təsdiq edilmədən pəncərələrin bağlanması zamanı xəbərdalıq mesajı dərc edilməsi.
  • Mal sayımı zamanı seçilən kateqoriya üzrə bütün mal adlarının siyahıya əlavə edilməsi imkanı əlavə edildi.

Yenilənmiş versiya (4.0.1.1165 (00387)) istifadəyə verildi

  • Dövri ədədlərin uzunluqlarının istifadəçi tərəfindən təyin edilməsi funksionallığı əlavə edildi.
  • Alış və satış əməliyyatları zamanı seria nömrəsinin daxil edilməsi və seria nömrəsi ilə satış imkanı əlavə edildi.
  • Satış zamanı bonus hesablanmasının seçilmiş müştərilərə görə həyata keçirilməsi imkanı əlavə edildi.
  • Sürətli satışda "Nəğdsiz" ödəniş düyməsi əlavə edildi.
  • Mallara əlavə 2 təchizatçı seçimi imkanı əlavə edildi.
  • Mal adları siyahısında bütün təchizatçıları görmək imkanı əlavə edildi.
  • Seçilən malın seria nömrəsi üzrə hesabatı əlavə edildi.
  • NBA FiskalBox ilə inteqrasiya əlavə edildi.
  • Sistemə 60~ yeni statistika (diaqram, chart) əlavə edildi.
  • SMS şablonalarının idarə edilməsi imkanı əlavə edildi.
  • 8 rəqəmli barkodların çap edilməsi imkanı əlavə edildi.
  • Məlumat panelinin görünməsi üçün şifrə tələb edilməsi əlavə edildi.

Yenilənmiş versiya (4.0.1.1120) istifadəyə verildi

  • Proqram təminatı dilinin istifadəçi tərəfindən dəyişdirilməsi funksionallığı əlavə edildi.
  • Məhsulun (malın) anbara daxil edilməsi zamanı, məhsulların (malların) ştrixkodunu çap etmək imkanı əlavə edildi.
  • Məhsulun (malın) alınması zamanı məhsulların (malların) ştrixkodunu çap etmək imkanı əlavə edildi.
  • Məhsul (mal) adı siyahısında kütləvi şəkildə təchizatçının dəyişdirilməsi funksionallığı əlavə edildi.
  • Satılan məhsul (mal) geri qaytarılan zaman satış qiymətinin redaktə edilməsi prosesi məhdudlaşdırıldı.
  • Alınan məhsul (mal) geri qaytarılan zaman alış qiymətinin redaktə edilməsi prosesi məhdudlaşdırıldı.
  • Məhsul (mal) adlarının seçimi (sadə seçim) siyahısında məhsulun (malın) ştrixkodu əlavə edildi.
  • Şəxs adlarının seçilməsi cədvəlinə bonus sütunu əlavə edildi.
  • Məhsulun (malın) alışı zamanı satış qiyməti ilə məbləğ və cəmi sütunu əlavə edildi.

Yenilənmiş versiya (4.0.1.1107) istifadəyə verildi

  • Sistem rus dilinə tərcümə edildi.
  • Valyutanı əsas sazlamalardan dəyişmək imkanı əlavə edildi.
  • "Nəğd" adlı şəxsin adını əsas sazlamalardan dəyimək imkanı əlavə edildi.
  • Satış, alış və s. zamanı şəxsin adı avtomatik "Nəğd" seçili edildi.
  • Satış zamanı hüququndan aslı olaraq məhsulun (malın) alış və orta qiymətini görmək imkanı əlavə edildi.

Yenilənmiş versiya (4.0.1.1096) istifadəyə verildi

  • Sənədlərin avtomatik çap edilməsi ilə sürətli satışı zamanı avtomatik çap etmə fərqli seçim kimi əlavə edildi. Mağaza parametrlərindən sürətli satış və digər əməliyyatlar üzrə avtomatik çap imkanı (fərqli seçimi) əlavə edildi.
  • Məhsul (mal) adları siyahısına "Təchizatçı"adı əlavə edildi. (Qeyd: Default "Təchizatçı" sütunu cədvəldə görünmür, istifadəçi istəyinə görə görünən edə bilər).
  • Yeni 4 mövzu (thema) əlavə edildi.

Yenilənmiş versiya (4.0.1.1093) istifadəyə verildi

  • Qaimə çap zamanı printer dialog (printer sazlama pəncərəsi) pəncərəsinə ehtiyac olmadan tələb edilmir.
  • Z hesabatında mövcud olan problem aradan qaldırılıb.
  • Yeni mövzu (thema) əlavə edildi.

Yenilənmiş versiya (4.0.1.1070) istifadəyə verildi

  • Satış məlumatlarının kassaya göndərilməsini istifadəçidən aslı olaraq, ləğv etmək funksiyası əlavə edildi. (Bəzi hallarda kassalardan biri misal üçün meyvə tərəvəz satır, bu kassa çek vermədiyi hallar üçün istifadəçiyə kassadan istifadəni məhdudlaşdırmaq mümkündür)
  • Bir əməliyyat zamanı fərqli hesablara ödəniş etmək pəncərəsində sürətli "Tam ödəniş" düyməsi əlavə edildi.
  • Nəğdsiz ödəniş hesabatlarda nəzərə alındı.
  • Bonusların hesablanmasında əmsal yuvarlaqlaşdırması 0.0 -dan 0.000 -a əvəz edildi.

Yenilənmiş versiya (4.0.1.1066) istifadəyə verildi

  • Bütün formalarda tarix "DD-MM-YYYY" şəklində deyil, komputerdə seçilmiş formatda dərc edilməsi əlavə edildi.
  • Jurnalda "Əlavə (endirim/tutulma)" xanası həmçinin faiz dərc edildi. Default olaraq bu sütun gizlidir, görünən edə bilərsiz seçimi əlavə edildi.
  • Sistemin yeni versiyası mövcud olduğu zaman "Yeniləmə (UPDATE) "prosesinin avtomatik baş verməsi əlavə edildi.

Yenilənmiş versiya (4.0.1.1064) istifadəyə verildi

  • Sürətli satış zamanı 1,2,3,4,5 nömrəli satış əməliyyatlarına qısa yol əlavə edildi.

Yenilənmiş versiya (4.0.1.1060) istifadəyə verildi

  • Kassa aparatları ilə əlaqəni test etmək üçün PİNG və TELNET tətbiqlərini endirməyə ehtiyac qalmadan, tətbiqlərin imkanları Tacir.PRO - ya əlavə edildi.

Yenilənmiş versiya (4.0.1.1057) istifadəyə verildi

  • Seçilmiş müddət ərzində satış, alış, ödəniş və s. etməyən şəxslərin müəyyən edilməsi, analiz edilməsi imkanı əlavə edildi

Yenilənmiş versiya (4.0.1.1056) istifadəyə verildi

  • Seçilmiş müddət ərzində satış, alış və s. məhsulların (malların) müəyyən edilməsi, analiz edilməsi imkanı əlavə edildi
  • Məhsul (mal) adları üzrə axtarış zamanı Ə,ü,Ş və s. hərflərdə olan problem aradan qaldırıldı.

Yenilənmiş versiya (4.0.1.1054) istifadəyə verildi

  • Sürətli satış və digər bütün pəncələrdə uğurlu və ya xətalı hallarda səsli bildirişlər (səs effekti) funksiyası əlavə edildi.

Yenilənmiş versiya (4.0.1.1050) istifadəyə verildi

  • E-KASSA kassa avadanlığı ilə inteqrasiya tamamlandı.
  • Barkod çapındakı problem aradan qaldırıldı.

Yenilənmiş versiya (4.0.1.1037) istifadəyə verildi

  • Dəst əməliyyatı vasitəsi ilə istənilən sayda məhsulun (malın) ştrixkodunu bir düymə ilə çap etmək imkanı əlavə edildi.

Yenilənmiş versiya (4.0.1.1035) istifadəyə verildi

  • Sürətli satış zamanı səhv daxil edilmiş qalıq miqdarının sonradan redaktə edilə bilməməsi xətası aradan qaldırıldı.
  • Məhsul (mal) adlarının fayldan ikinci mağazaya miqrasiyası zamanı, məhsul (mal) qiymətlərinin miqrasiya edilməməsi problemi aradan qaldırıldı.
  • Sifarişlərdə malların siyahısında mal barədə qeyd sütunu əlavə edildi.
  • Məhsul (mal) üzrə detallı axtarış sütunu əlavə edildi.

Yenilənmiş versiya (4.0.1.1030) istifadəyə verildi
  • Kreditlər siyahısında kredit üzrə borc qalığı əlavə edildi.
  • Kreditlər siyahısında sürətli filterlər əlavə edildi.
  • Xatırlatmalar siyahısında sürətli filterlər əlavə edildi.